XARİCİ MƏNBƏLƏR
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq
Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, martın 24-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
“Biz həm siyasi xadimlərə, həm oliqarxlara, həm də müxtəlif qurumlara şamil edilən sanksiyalar paketini sabah elan edəcəyik”, - o, jurnalistlərə bildirib.
Qeyd edək ki, hazırda Sallivan ABŞ prezidenti Co Baydeni Avropaya səfərində müşayiət edir. Dövlət başçısı NATO liderləri, Aİ rəhbərliyi və G7 tərəfdaşları ilə Ukraynadakı hadisələri müzakirə edəcək.
Mənbə: “RİA Novosti”