XARİCİ MƏNBƏLƏR
Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir
Avropa İttifaqı ölkələri Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir.
Bu barədə çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon Aİ Ümumi İşlər Şurasının Brüsseldə keçirilən iclasından sonra bildirib.
“Son günlər biz Ukraynada hərbi əməliyyatların artdığını müşahidə edirik və belə şəraitdə yeni sanksiyaların sürətlə hazırlanması tamamilə mümkündür”, - o, mətbuat konfransında deyib.
Bon əlavə edib ki, hazırda bununla bağlı müzakirələr gedir.
Mənbə: TASS