Azad Media Susdurula Bilməz!
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
XARİCİ MƏNBƏLƏR

Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşüb.

Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobil işıqforun qırmızı işığında keçərkən başqa maşınla toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib. Ben-Qvir “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

 

  •  
Reklam ADS