XARİCİ MƏNBƏLƏR
Putini zəhərləmək istədilər? – Min nəfər işdən çıxarıldı
Rusiya Prezidenti Vladimir Putinlə bağlı sensasion iddia gündəmə gəlib.
Putin onu zəhərləməkdə şübhəli hesab etdiyi 1000 nəfəri işdən çıxarıb. İşdən çıxarılanlar arasında aşpaz və camaşırxana işçilərinin də olduğu bildirilir
İddialara əsasən, Rusiya lideri həmin şəxslərin onu zəhərləyə biləcəyindən ehtiyat edib və bu səbəbdən onları işdən uzaqlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, Rusiyanın rəsmi qurumları kütləvi ixtisarlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb