Pekresin üzərinə çəhrayı toz atdılar.
Fransada aktivistlər prezidentliyə namizəd Valeri Pekresin üzərinə çəhrayı toz atıblar.
Bakufakt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "BFMTV" telekanalı yayıb.
Məlumata görə, Pekres Kiçik və Orta Müəssisələr Konfederasiyasında çıxış etdikdən sonra "Akira" hərəkatının iki aktivisti onun üzərinə çəhrayı toz atıblar.
İnsidentdən sonra Pekres aktivistlərə onlarla danışmağı təklif etsə də, onlardan biri "Dəyməz" deyə bildirib. Hazırda hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, Valeri Pekres bir müddət əvvəl Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmura Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı yumurta atılıb.