Zelenski Ukraynanın vergi sistemində radikal dəyişiklik etdi
Bakufakt.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada vergi islahatları ilə əlaqədar atılacaq ilkin addımlardan danışıb.
Bu barədə Ukrayna Prezident Aparatının “Telegram” kanalında yerləşdirilmiş videomüraciətdə bildirib.
“Ukrayna Nazirlər Kabineti iqtisadiyyatımızı dəstəkləmək üçün qərarlar paketini razılaşdırıb. Bu, biznesin işləməsi, insanlarımızın işlə təmin olunması üçündür. Kiçik sahibkarlıq subyektləri və fərdi sahibkarlar üçün biz vahid verginin könüllü ödənilməsini təmin edirik. Yəni, bacarırsansa, ödə, bacarmırsansa, yox”, - V. Zelenski bildirib.
Ukrayna Prezidenti həmçinin vurğulayıb ki, ölkədə bütün müəssisələrdə vergi yoxlamaları ləğv edilir:
“İstəyirik ki, hamı normal işləsin, şəhərlər canlansın. Hərbi əməliyyatların olmadığı yerdə həyat davam etsin. Yalnız bir şərt var: Ukrayna qanunları çərçivəsində biznesinizin normal fəaliyyət göstərməsini təmin edin.