XARİCİ MƏNBƏLƏR
Təbrizdə orta məktəb şagirdləri zəhərləndi
Aprelin 11-də Təbrizdə "İnqilab İslami" orta məktəbində qız şagirdlər arasında zəhərlənmə halı baş verib.
Bu barədə yerli sosial media fəalları məlumat veriblər.
Zəhərlənən şagirdlər xəstəxanalara yerləşdirilib.
Xəbərin yayılmaması üçün şagirdlər və onların valideynlərinin təhdid edildiyi bildirilir.
İran daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi isə məktəblərdə baş verən zəhərlənmələrə görə şagirdləri ittiham edib. Nazir müavini iddia edib ki, zəhərlənmələr şagirdlərin nadinclik və dələduzluqları nəticəsində baş verib.
Qeyd edək ki, İrandakı onlarla qızlar məktəbində 5000-dən çox şagird zəhərlənib. Bir sıra rəsmilər zəhərlənmə faktları ilə bağlı 100 nəfərin həbs edildiyini bildiriblər.