Azad Media Susdurula Bilməz!
İran Səudiyyəyə görə din xadiminin adını yığışdırdı
XARİCİ MƏNBƏLƏR

İran Səudiyyəyə görə din xadiminin adını yığışdırdı

İran 2016-cı ildə Səudiyyə Ərəbistanının edam etdiyi şiə din xadimi şeyx Nimr Bagir əl-Nimrinin xatirəsinə Məşhəddə qoyduğu lövhəni söküb.

Bu barədə İran mətbuatı məlumat verib.

Məlumata görə, buna səbəb Səudiyyə nümayəndə heyətinin Məşhədə səfəri olub. Bildirilib ki, ərəb nümayəndə heyətinin səfəri ərəfəsində Səudiyyənin Məşhəddəki konsulluğunun yerləşdiyi küçədəki löhvə götürülüb.

Lakin “Ayətullah Nimr” küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şiə din xadimi şeyx Nimr Bagir əl-Nimrini edam etdikdən sonra İranla bu ölkə arasındakı münasibətlər kəskinləşmişdi.

IRON MAX AZERBAIAN