XARİCİ MƏNBƏLƏR
Bu ölkədən İsrailə xəbərdarlıq: Fəlakətli nəticələr olacaq
Əgər İsrail qüvvələri Əqsa məscidinə yenidən basqın etsə, bunun fəlakətli nəticələri olacaq.
Bunu İordaniya Xarici İşlər Nazirliyinin rəsmisi Sinan Məcali deyib.
“İsrail polisi yenidən dindarlara hücum edərsə, bu, vəziyyəti daha da gərginliyə və zorakılığa sürükləyəcək və bunun əvəzini hər kəs ödəyəcək”, - Məcali bildirib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti Qüdsdə və bütün işğal olunmuş Fələstin ərazilərində eskalasiyaya görə məsuliyyət daşıyır.