XARİCİ MƏNBƏLƏR
Peskov Makronu ələ saldı
Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın ünvanına bu qədər kəskin tənqidini uzun müddətdir eşitməmişdik.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Makronun “heç bir ölkə heç bir şərtlə nüvə silahını başqa ölkənin ərazisində yerləşdirə bilməz” sözlərinə reaksiyası zamanı deyib.
Qeyd edək ki, Makron Çin lideri ilə görüşdə bu sözləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmə istəyinə görə deyib. Rusiya isə bildirir ki, ABŞ Almaniya ərazisində nüvə silahı yerləşdirib və Makron bu tənqidi ABŞ-a ünvanlamalıdır.