Azad Media Susdurula Bilməz!
Alman səfirə 48 saat vaxt verildi: Ölkəni tərk et!
XARİCİ MƏNBƏLƏR

Alman səfirə 48 saat vaxt verildi: Ölkəni tərk et!

Çad hökuməti Almaniya səfirinə 48 saat ərzində ölkəni tərk etməyi əmr edib.

Bu barədə "Röyters" hökumətin bəyanatına istinadən məlumat yayıb.

"Hökumətin bu qərarı nəzakətsiz münasibət və diplomatik ənənələrə hörmətsizlikdən irəli gəlir", - ölkənin Rabitə Nazirliyi bildirib.

Qeyd edək ki, qərara səfir Qordon Kriquetin 2021-ci il dövlət çevrilişindən sonra Çadın mülki idarəçiliyə keçidinin ləngiməsi ilə bağlı şərhləri səbəb olub.

Reklam ADS