XARİCİ MƏNBƏLƏR
Piterdə kafedə partlayış: yaralıların sayı 30-a çatdı
Rusiyanın Sankt-Peterburqda şəhərində ötən gün kafelərdən birində baş verən güclü partlayış nəticəsində yaralıların sayı 30-a çatıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
22 yaralının isə xəstəxanada olduğu, 8-nin vəziyyətinin ağır olduğu vurğulanıb.
Qeyd edək ki, ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində partlayış olub. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.