XARİCİ MƏNBƏLƏR
“İran bir neçə aya nüvə silahı istehsal edə bilər” - Pentaqon
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Mill Konqres üzvləri qarşısında çıxışı zamanı deyib.
ABŞ-ın yüksək səviyyəli hərbi zabitinin fikrincə, İran iki həftədən az müddətdə nüvə bombası üçün kifayət qədər parçalanan material hazırlaya və bir neçə ayda nüvə silahı istehsal edə bilər: “Birləşmiş Ştatlar İranın nüvə silahı yaratmasının qarşısını alacaq. ABŞ hərbçiləri olaraq bunun üçün bir çox variant hazırlamışıq”.