Azad Media Susdurula Bilməz!
Gürcüstanda deputat oğluna görə özünü GÜLLƏLƏDİ
XARİCİ MƏNBƏLƏR

Gürcüstanda deputat oğluna görə özünü GÜLLƏLƏDİ

Gürcüstanda deputat intihar edib.

Bakufakt.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, 51 yaşlı İrakli Xaxubiya özünü güllələyib. Məlumata görə, hadisə səhər saatlarında baş verib. Onun yaşadığı mənzildən tapança aşkar edilib.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb

Əsas versiyaya görə, İrakli Xaxubiya oğlunun faciəvi şəraitdə ölməsi nəticəsində yaranan ağır psixoloji durum fonunda intihar edib. Onun oğlu 21 yaşlı Beka Xaxubia 2017-ci ilin mayında Qori yaxınlığında avtomobil qəzasında həlak olub. Belə ki, yol polisi sürət həddini aşdığı üçün onu saxlamaq istəyib, gənc oğlan isə maneədən yan keçmək istəyərkən yük maşınına çırpılıb və hadisə yerində ölüb.

Qeyd edək ki, İrakli Xaxubia 9-cu və 10-cu çağırışların parlamentlərində Poti, Senaki və Xobidən deputat seçilib

IRON MAX AZERBAIAN