Azad Media Susdurula Bilməz!
Ermənistanda valideynlər övladlarının meyitini özləri TAPIB BASDIRIR
XARİCİ MƏNBƏLƏR

Ermənistanda valideynlər övladlarının meyitini özləri TAPIB BASDIRIR

Ermənistanda ölən, və ya itkin düşən hərbçilərin adlarının hələ də açıqlanmaması cəmiyyətdə kəskin etirazlar yaradıb. 

Bildirilir ki, erməni ailələr 1 həftədir həlak olmuş, və ya itkin düşmüş övladlarını axtarırlar. İtkin düşmüş əsgərlərin yaxınlarının sözlərinə görə, nə varlıqlarından, nə də öldüklərindən bir xəbər var.

N. Paşinyanın son çıxışında dediyinə görə, rəsmi məlumatları hər tərəfli yoxladıqdan və ölən hərbçinin kimliyinə əmin olduqdan sonra dərc etmək lazımdır. 

Buna görə də, Ermənistan MN-i təkcə son günlər həlak olmuş snayper qadınların adlarını açıqlayıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edir ki, erməni hökumətinin həmin hərbçilərin adlarının açıqlanmamasında məqsədi itkilərin miqyasının böyük olmasıdır. Adlar açıqlansa, etirazlar kifayət qədər baş qaldıracaq. 

Bundan başqa, övladlarının meyitini tapıb dəfn edən onlarla ailə var. 

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəyini bildirib. 

IRON MAX AZERBAIAN