XARİCİ MƏNBƏLƏR
"Blef deyil, nüvə silahını tətbiq edəcəyik"
Rusiya prezidenti Vladimir Putinin açıqlamları müzakirələrə səbəb olub.
Bakufakt.az xəbər verir ki, Putin xalqa müraciətində təhlükə yaranarsa, nüvə silahından istifadə ediləcəyini istisna etməyib. Belə ki, prezident Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə ediləcəyini və bunun blef olmadığını dilə gətirib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar edir. Putin nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.