XARİCİ MƏNBƏLƏR
Tbilisidə ermənilərlə polis arasında insident yaşandı
Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.
Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.