XARİCİ MƏNBƏLƏR
Pişik sahibini qəfil ölümdən qurtardı
Pişiklərin necə həssas olduğunu hamı bilir. Hətta bu canlılar sahiblərinin xəstələndiyini də duya bilirlər.
Bakufakt.az-ın xəbərinə görə, Britaniyanın Birminqhem şəhərində yaşayan qadını da pişik xilas edib.
Belə ki, 42 yaşlı qadın gecə yatarkən kəskin şəkildə xırıldadığı üçün pişik onun üzərinə çıxaraq miyoldamağa başlayıb. Qadın səhərə yaxın yuxudan ayıldıqda yerindən tərpənə bilməyib. Anasının köməyi ilə xəstəxanaya gedən qadına yüngül infarkt diaqnozu qoyulub. Bildirilib ki, yuxudan ayılmasa daha böyük fəsad ola bilərdi.