XARİCİ MƏNBƏLƏR
Hindistanda təbii fəlakət nəticəsində azı 50 nəfər ölüb
Hindistanın şimalında və şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Bakufakt.az xarici KİV-ə istinadən xəbər verir ki, son üç gündə təbii fəlakət nəticəsində azı 50 nəfər həlak olub.
Uttarxand ştatında 4 nəfər həlak olub, daha 13 nəfər itkin düşüb.
Qonşu Odişa ştatında səlahiyyətlilər aramsız yağışlar zamanı 6 nəfərin öldüyünü qeydə alıb.
Odişada da fırtına 800 min insana zərər verib, minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb