Rusiyalı senator müharibə əleyhinə çıxan qızından imtina etdi
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqradan olan Federasiya Şurasının üzvü Eduard İsakov Ukraynadakı müharibəyə qarşı çıxan qızından imtina edib. Senator “Telegram” kanalında qızına həsr olunmuş yazı dərc edib.
Parlamentari bildirib ki, qızı Diana xarici agent kimi tanınan mediaya müsahibə verib, orada müharibəni qınayıb və buna görə pul mükafatı alıb.
İsakov belə nəticəyə gəlib ki, qızı atasını, ailəsini, vətənini satıb.
Qızının bu hərəkətindən qəzəblənən senator 22 ildir ki, onun tərbiyəsində iştirak etmədiyini etiraf edib. O, atasız qalan qızının intihara cəhd etdiyini və Yuqorsk şəhərində psixo-nevroloji dispanserdə qeydiyyatda olduğunu, eləcə də LGBT təcrübəsini xatırladıb.
Senator əlavə edib ki, o, qızının müharibəyə münasibətini dəyişməyə çalışsa da buuna nail ola bilməyib