XARİCİ MƏNBƏLƏR
Dünyanın ikinci ən yaşlı adamı 116 yaşında vəfat etdi
Polşada dünyanın ikinci ən yaşlı adamı hesab edilən Tekla Yuneviç vəfat edib.
Bakufakt.az mətbuata istinadən xəbər verir ki, o, 116 yaşında dünyasını dəyişib. T.Yuneviçin ölüm səbəbi isə açıqlanmayıb.
O, müsahibələrinin birində uzunömürlü olmasının sirrini belə izah etmişdi:
"Daim hərəkətdə oluram. Kitab oxuyur, insanlarla çox vaxt keçirir və öz bağımakı bitkilərə qulluq edirəm".
Qeyd edək ki, Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randondur. Ötən ilin noyabrında isə Filippində dünyanın ən yaşlı insanı hesab olunan Françiska Susano 124 yaşında dünyasını dəyişmişdi.