Rusiya Belarus vasitəsilə yenə təhdidə əl atır
Rusiyanın Ukraynaya qarşı təcavüz siyasəti davam etdikcə müharibənin qığılcımlarının başqa yerlərə sıçrama riskləri də yüksəlir.
Son günlər Ukrayna Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımdakı hərbi obyektləri zərbə altına qoyduqca Kremldə narahatlıqlar artır.
Ümumiyyətlə, Ukrayna həmişə əks-hücum əməliyyatlarına keçəndə və Qərbdən gələn hərbi dəstək artanda Rusiya dərhal hədə ritorikasını dəyişir.
Qərbin və Ukraynanın Rusiyadan çəkindiyi məqam nüvə silahı ilə əlaqəlidir, hərçənd ki, Kreml dəfələrlə bəyan edib ki, nüvə silahı yalnız zəruri müdafiəyə ehtiyac duyulduğu zaman istifadə edilə bilər.
Ancaq Qərbdə nüvə silahının tətbiqi barədəki narahatlıqları həmin silahların yerləşdirilmə arealına dair qorxular da müşayiət etməkdədir.
Rusiya nüvə silahlarını özünün müttəfiqi olan Belarus ərazisinə daşımaq niyyətindədir, bu, yeni bir məlumat olmasa da, təzədən aktuallaşıb.
Rusiya Belarusdakı perspektiv nüvə təchizatını əsasən iki sahə üzrə həyata keçirmək niyyətindədir:
- Belarusda olan “Su-25” döyüş təyyarələrinin nüvə silahı daşımaq üçün modernləşdirilməsi;
- Nüvə başlığı ilə təchiz edilmiş “İskəndər-M” raketlərinin yerləşdirilməsi.
Belarus nüvə silahlarının öz ərazisinə “qonaq gəlməsindən” o qədər də məmnun kimi görünmür, hərçənd ki, üzdə başqa mövqe ifadə edilir və Minsk Moskvanın Ukraynadakı hərəkət trayektoriyasına dəstək verən ölkədir.
Beləliklə, Rusiya NATO-ya onu nüvə qüvvələri ilə əhatə edə biləcəyinə dair siqnal ötürür. Ukraynadakı münaqişə zəminində Belarusun da məcburən nüvə çətiri altında kölgələnməsi nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti təhdid .