Azad Media Susdurula Bilməz!
Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi
XARİCİ MƏNBƏLƏR

Rusiyadakı güclü yanğında ölənlər arasında azərbaycanlı var? Səfirlik hərəkətə keçdi

Rusiya paytaxtında hosteldə yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Onların hamısı miqrantlardır.

Faciə nəticəsində daha dörd nəfər yaralanıb, təxminən 200 nəfər təxliyə edilib.Ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu göndərib.

XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bu barədə quruma məlumat daxil olmadığını diqqətə çatdırıb:

“Baş vermiş hadisədə ölən və ya xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı ölkəmizin Rusiyadakı səfirliyi araşdırma aparır”.

Qeyd edək ki, yanğın barədə məlumat 28 iyul Moskva vaxtı ilə saat 23:47-də (Bakı vaxtı ilə 29 iyul 00:47) daxil olub. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik avadanlığının nasazlığı ola bilər

IRON MAX AZERBAIAN