XARİCİ MƏNBƏLƏR
İspaniyada istidən ölənlərin sayı 360-a çatdı
İspaniyada müşahidə edilən anomal istilər səbəbindən 5 gün ərzində 240-a yaxın insan dünyasını dəyişib.
Bu barədə məlumatı “EFE” agentliyi yayıb.
Məlumata görə, iyulun 10-dan 14-nə qədər ölkədə 237 nəfər yüksək temperatur nəticəsində həlak olub.
***
Son 6 gündə İspaniyada müşahidə olunan isti hava şəraitinin təsirindən 360 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 10-dan 15-nə qədər toplanmış statistik məlumatlara görə, İspaniyada son bir həftədə müşahidə olunan yüksək temperatur nəticəsində 360 nəfər ölüb.
“Ölüm sayında ən yüksək göstərici - 123 nəfər cümə günü qeydə alınıb”, - deyə məlumatda qeyd olunub