XARİCİ MƏNBƏLƏR
Yaponiyanın sabiq Baş naziri çıxış edərkən güllələndi
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe silahlı hücuma məruz qalıb.
Hadisə Nara şəhərində, sabiq nazirin kütlə qarşısında çıxışı zamanı qeydə alınıb.
Məlumata görə, diplomat ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, hücum edən şəxs isə saxlanılıb. Onun iki dəfə atəş açdığı bildirilir.
Qeyd edək ki, Şinzo Abe iki dəfə sözügedən vəzifədə çalışıb. Bu, 2006-2007-ci və 2012-2020-ci illərə təsadüf edir