XARİCİ MƏNBƏLƏR
Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb - Zelenski
Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İsveçin Baş naziri Maqdalena Andersson ilə Kiyevdə keçirilən brifinqdə bildirib.
O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür. Ukrayna ixracatçı kimi bunda maraqlıdır.
“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, - Zelenski söyləyib