Azad Media Susdurula Bilməz!
Njde barədə filmə görə Rusiya Erməniləri İttifaqında yoxlamalar keçirilir.
XARİCİ MƏNBƏLƏR

Njde barədə filmə görə Rusiya Erməniləri İttifaqında yoxlamalar keçirilir.

Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki,Nasist Qaregin Njde barədə film nümayiş etdirmək cəhdinə görə Rusiya Erməniləri İttifaqında yoxlamalar aparılır.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yoxlamalar “Rusiya Veteranları” ictimai hərəkatının müraciəti əsasında həyata keçirilir.

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqı faşist Ermənistan ordusu günündə Moskvada Qaregin Njde haqqında film nümayiş etdirməyə çalışıb. Lakin onların bu təxribat xarakterli cəhdi Rusiya ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb.

“Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

IRON MAX AZERBAIAN