
Rəşidli Rəşid Dünya Kubokunda 3-cü yer qazandı!
Özbəkistanın Daşkənd şəhərində keçirilən Kikboksinq üzrə WAKO Dünya Kubokunda, 36 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan idmançısı Rəşidli Rəşid 79 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Rəşidli Rəşid yarış boyu yüksək döyüş ruhu və peşəkarlığı ilə seçilərək, güclü özbəkistanlı rəqiblərinə qarşı uğurlu çıxış edib və ölkəmizi qürurla təmsil edib.
Rəşid Rəşidli idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya Yarışın təşkil edilməsinə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və Federasiyanın fəxri prezidenti Adil Əliyevə təşşəkkürünü bildirib.
Məlumdur ki, ölkəmizdə idmanın inkişafına dövlət diqqət və qayğısı geniş vüsət alıb, bunun nəticəsində idmançılarımız bir sıra yerli və beynəlxalq turnirlərdə əzmli qələbələr qazanıblar. İdman Azərbaycan bayrağının ucalarda dalğalanması, eləcə də sülh və barış üçün vasitədir.
Bu vasitədən istifadə edən azərbaycanlı idmançılar ölkəmizin idman şərəfini daim əzmlə qoruyurlar. Bu yolda qazanılan uğurlarda müxtəlif dövlət qurumlarının, ayrı-ayrı şəxslərin xüsusi xidməti var. Onların hər birinə, yarışa hazirliq təlim məşqlərə göstərdikləri dəstəyə görə dövlət qurumlarına və şəxsi heyyətə xüsusi təşəkkür edirik.
İdmançımızı təbrik edirik.
www.bakufakt.az