Azad Media Susdurula Bilməz!
Vətəndaş nazirə təşəkkür etdi
təşəkkür

Vətəndaş nazirə təşəkkür etdi

Redaksiyamız vasitəsilə kömək üçün daxili işlər naziri Vilayət Eyvazova müraciət edən Məlikov Vüqarın müraciətilə bağlı tədbir görülüb. Belə ki, onlayn kazino oyunları oynatmaq, bu vasitə ilə çox sayda insanı müflisləşdirmək, sələm adı ilə onlara yüksək faizlə pul verərək boclandırmaq kimi qanunsuz əməllər törətməkdə ittiham olunan Paşayev Fərid Məmmədtağı oğlu saxlanılıb. 
Bu barədə  şikayətçi Məlikpv Vüqar  məlumat verib. O, daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı təşəkkür məktubunda yazıb:
“Cənab nazir! Təxminən ir həftə əvvəl Paşayev Fərid Məmmədtağı oğlunun qanunsuz hərəkətləri ilə bağlı sizə müraciət etmişdim. Daxili İşlər Nazirliyi tərəfindən mənim müraciətimə dərhal adekvat reaksiya verildi. Nəticədə Paşayev Fərid Məmmədtağı oğlu barəsində DİN-in  Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparıldı və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçidi. 


Hörmətli cənab nazir! Mən sizə  və Kibercinayətkarlıqla mübarizə baş idarəsinin rəhbərliyinə eləcədə əməkdşlara dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, rəhbərlik etdiyiniz qurum tərəfindən müraciətimə dərhal reaksiya verildi. Bu isə rəhbərlik etdiyiniz hüquq-mühafizə orqanlarının öz işini qanunun aliliyini qorumaq, vəzifə borcunu vicdanla yerinə yetirmək, vətəndaşların hüquqlarınn müdafiəsi kimi təməl prinsiplər üzərində qurduğunu və yüksək peşəkarlığını göstərir. Bu hadisə bunun baris nümunəsidir. Darda olan vətəndaşların yanında olmaqla siz və rəhbərlik etdiyiniz nazirlik dövlət başçımız tərəfindən sizə olan etimadı bir daha doğrulduğunuza dair daha bir nümunəni ortaya qoydunuz”.

www.bakufakt.az

IRON MAX AZERBAIAN