Azad Media Susdurula Bilməz!
Qarabağ qazilərinin problemi həllini tapdı -TƏŞƏKKÜR
təşəkkür

Qarabağ qazilərinin problemi həllini tapdı -TƏŞƏKKÜR

Bir müddət əvvəl bir qrup Qarabağ qazisi saytımız vasitəsilə TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə  müraciət ünvanlamışdı. 
Müraciətdə bildirilirdi ki, Suraxanı rayonu ərazisində yaşayan müharibə iştirakçıları, Qarabağ əlilləri böyük çətinliklə üzləşiblər. Belə  ki, müraciət müəllifləri 23 saylı Şəhər Poliklinikasının xidmət göstərdiyi ərazidə yaşayan 300-ə yaxın müharibə iştirakçısının mütəmadi tibbi müayinələrdən keçmək üçün getdikləri bu tibb müəssisəsində psixiatr olmadığını bildirirdilər. Bu səbəbdən xəstələr 43 saylı poliklinikaya yönləndirilirdi ki, bu da səhhətində onsuz da problem olan müharibə iştirakçılarına əlavə problem yaradırdı. 
Bugünlərdə isə Qarabağ qazilərinin xüsusi narahatlığına səbəb olan məsələ müsbət həllini tapıb. Belə ki, 23 saylı Şəhər Poliklinikasına psixiatr təyinatı olub. Bu da həmin tibb müəssisəsinin xidmətlərindən istifadə edənlərin üzləşdiyi çətinliklərin aradan qaldırılması deməkdir. Qarabağ qaziləri və digər pasientlər  ixtisaslı mütəxəssisin yardımından istifadə etmək imkanı qazanıblar.
Ümumilikdə 23 saylı Şəhər Poliklinikasında tibbi müayinələr üçün hər cür şərait yaradılıb. Tibb müəssisəsi rayon əhalisinə xidmət üçün müasir avadanlıqlarla təchiz edilib, ixtisaslı həkimlər fəaliyyət göstərir. 
Poliklinikanın xidmət göstərdiyi ərazidə  onlara hərtərəfli tibbi xidmət göstərilir, bütün zəruri müayinələrlə zamanında və yüksək səviyyədə təmin olunurlar. 
Poliklinika baş həkimi Sənan Əliyev bütün pasientlərin müraciəti, müalicənin gedişi ilə şəxsən maraqlanır, hətta Qarabağ qazilərinə hərtərəfli və təxirəsalınmaz tibbi xidmətlərin göstərilməsi üçün özü də birbaşa prosesdə iştirak edir. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan Sənan Əliyevin fəaliyyəti pasientlər tərəfindən minnətdarlıqla qarşılanır. 
Redaksiyamıza daxil olan budəfəki müraciətdə poliklinikada yaradılan şəraitə və psixiatr təyinatına görə TƏBİB-ə minnətdarlıq da əksini tapıb. Senan Əliyevə şehid aileleri ve qazilere gösterdiyi xüsüsi diqqete göre TƏBİB terefinden teşekkür etmeyinizi xahiş edir.

Www.bakufakt.az

IRON MAX AZERBAIAN