Azad Media Susdurula Bilməz!
Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi
təşəkkür

Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi

Məhkəmədən ədalətli qərar
Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi və ədalətli məhkəmə prinsiplərinin əsas tutulmasına bir daha şahid olduq. Belə ki, aralarında “Bakufakt.az”-ın təsisçisi və baş redaktoru B.Rəşad B. oğlunun da olduğu bir bir qrup şəxsə qarşı məhkəməyə xüsusi ittiham qaydasında edilən şikayət icraata qəbul olunmayıb.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Bakufakt.az”-ın sosial şəbəkə hesabında vətəndaşlar Gülşən Adışirinova və Fikrət Adışirinovun göz həkimi Azər Kərimovdan şikayəti əsasında material yayımlanıb. Materialda şikayətçilər Azər Kərimovun əməliyyatı düzgün icra etmədiyini bildirərək əlaqədar orqanların məsələyə müdaxiləsini tələb ediblər. Fəaliyyətində vətəndaşların qarşılaşdıqları problemləri işıqlandırmağı əsas götürən “BakuFakt.az”-ın sosial şəbəkə hesabında videogörüntülər yayıldıqdan sonra Azər Kərimov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. 
Bügünlərdə aldığımız məlumata görə, Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundov şikayətin məzmununun Cinayət Məcəlləsinin 293.3.1 və 293.3.7 maddələrinə uyğun olmadığını əsas gətirərək onun icraata qəbulundan imtina edilməsi barədə qərar verib. 
“Bakufakt.az” bildirir ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il fərmanının uğurla icrasını , məhkəmə sisteminin tam sərbəst fəaliyyət göstərdiyini təsdiqləyir. Beləliklə,bir daha ədalətin təntənəsinə, prokurorluq orqanları və məhkəmə sistemində qanunun aliliyi prinsipinin qorunmasına şahid olduq.
Məhkəmənin qərarı Azərbaycanda müstəqil medianın fəaliyyətinə əngəl törətmək istəyənlərə qarşı hüquqi dildə verilən ən gözəl cavabdır.
Prosesin gedişində tam şəffaflığın təmin olunmasındakı fəaliyyətinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə,   Respublika Prokurorluğuna, Xətai rayon Məhkəməsinə və şəxsən hakim Fuad Axundova təşəkkür edirik.
“Bakufakt” MMC-nin təsisçisi və rəhbəri B.Rəşad

Dünyanın daha nüfuzlu media orqanları ilə əməkdaşlığımızı  genişləndirməliyik”

IRON MAX AZERBAIAN