ŞOU BİZNES
Tolik Səidə Sultanla bağlı şikayətini geri götürəcək
Space televiziyasının aparıcısı Tarix Əliyev "Tarixin birgünü" verilişinin bağlanacağı haqda iddialara cavab verib.
Bakufakt.az-a açıqlama verən aparıcı bildirib ki, veriliş bu gün yayımlandığı kimi cümə günü də olacaq:
"Hal-hazırda Space televiziyasındayam. Bu həftənin cümə günü canlı efirdə olacam. Mənim bir problemim yoxdur".
Qeyd edək ki, eyni iddialar ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişi haqda da səsləndirilir.
Tarix Əliyev müğənni Səidə Sultanla kəskin mübahisəsi haqda da danışıb. O, Səidə Sultan barədə şikayətini geri götürdüyünü deyib.
"Səidə dedi, mən də cavabını verdim. Mənim əlimdən yaxşı qurtardı. Onu məhkəməyə vermək fikrim yoxdur. Qadındır, bunu niyə edim ki?", - o deyib.

