Baş prokuror Kamran Əliyev sahibkar Mahirə Əsədovanı qəbul edib.
Sahibkarın sözlərinə görə, məsələ ilə bağlı bir ildən artıqdır müxtəlif dövlət qurumlarına müraciətlər edilib, lakin şikayətin tam həllini tapmadığını düşündüyü üçün problemin daha yüksək səviyyədə araşdırılmasını xahiş edib.
Mahirə Əsədova təqdim etdiyi müraciət və sənədlər əsasında iddialarına hüquqi qiymət verilməsini, mümkün qanun pozuntularının araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istəyib.
https://youtube.com/shorts/zvXsZWY9Eto?si=2CLITFOTtVYdcAW4
Şikayətlə əlaqədar Baş prokuror Kamran Əliyev sahibkar Mahirə Əsədovanı qəbul edib. Onun şikayətini ətraflı dinləyən Baş prokuror məsələni şəxsi nəzarətinə götürəcəyini, baş vermiş hadisə ilə bağlı əsaslı istintaq araşdırmasının aparılacağını və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.
“Sonar Farm”la bağlı səsləndirilən iddiaların hüquqi qiyməti araşdırmanın nəticələri əsasında müəyyənləşəcək.

