ŞOU BİZNES
Axtarışda olan müğənni Bakıya döndü - VİDEO
Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysi ilə Azərbaycana dönüb.
Məlumatı müğənni təsdiqləyib.
Maraqlı məqam isə onun hava limanında saxlanılmaması olub.
Müğənni bildirib ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunandan sonra onun məhkəmələrin obyektivliyinə inamı daha da artıb:
“Elə bu səbəbdən də Bakıya döndüm və gedib məhkəmədə iştirak edəcəm”.