Azad Media Susdurula Bilməz!
Şəbnəm Tovuzludan iddialı AÇIQLAMA: “Kürkümün qiyməti 17 mindir” - VİDEO
ŞOU BİZNES

Şəbnəm Tovuzludan iddialı AÇIQLAMA: “Kürkümün qiyməti 17 mindir” - VİDEO

Bakufakt.az "oxu.az"a istinadən xəbər verir ki, Aksesuarları çox sevirəm. Elə saatım var ki, onun 1 500 manat qiyməti var. Elə boyunbağım var ki, gümüşdü, onun qiyməti 500 manatdır. Elə geyimim var ki, 100 manat da qiyməti var, 200 manat da. Deyim ki, hamısı 800-1000, yox, bu yalan olar. Evimdə bir otaq tək qarderobdu, ən yüksək paltarımın qiyməti 1 800 manatdır. Daha sonra, 500, 700, 800, 1000 manatlıq da var”.

Bu sözləri müğənni Şəbnəm Tovuzlu “MTV Xəbər”ə müsahibəsində qarderobundan danışarkən deyib.

O, çox bahalı kürklərinin olduğunu izləyicilərdən gizlətməyib:

“Kürklərə gəlsək, 17 000 manata qədər var. Sayca 5 kürküm var. Qarderobumda ən sevdiyim əl çantalarım, dikdaban ayaqqabılarımdır. 40-50 cüt bəlkə də daha çox ayaqqabım var. Ayaqqabımın ən yüksək qiyməti 300-400 manatdır. 70, 80, 100, 150 olanları da var”.

İfaçı həmçinin “Youtube” kanalından əldə etdiyi gəlirini açıqlayıb:

“Oradan gələn gəlirə heç bir şübhəm yoxdur. Çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5 000 min dollar, yəni 10 000 manatdan yüksək olur”.

IRON MAX AZERBAIAN