Müğənnilər aldıqları hədiyyələrdən danışdılar - 1 milyonluq it, 42 maşın…
Şoubiznes əhli "Şourum" aldıqları bahalı hədiyyələr barədə danışıblar.
İfaçıların aldıqları hədiyyələr barədə məlumatları təqdim edir.
Müğənni Üzeyir Mehtizadə bildirib ki, getdiyim xarici ölkələrdə çox təkliflər olub: “Ev, orada qalmaq və işləmək. Qəbul edə bilmədim. Azərbaycan adından gedirəm hər yerə, buradan kənarda qala bilmirəm".
Amil Həsənoğlu isə bu günə qədər 42 maşını olması ilə öyünüb:
"Maşınları sevirəm. İndiyənə qədər də nömrə qeydiyat nişanını alanda orda çıxır neçə maşında olub. 36 yaşımda 42 maşınım olub. Birinci maşınım "06" olub. Hazırda 42-cini sürürəm. İndiyənə kimi hər şeyi özüm özümə etmişəm".
Dilarə Kazımovanın itini tapan yaşadı:
"Ən bahalı hədiyyə itim idi. Dostlarım deyirdi 1 milyona satacaqsan. Amma dekabrda itib. 12 il yanımda oldu. 3 il sevgili olduğum oğlan bağışlamışdı".
Günay İbrahimli:
"Toydan sonra bir xanım saat bağışladı. Qiyməti 8 min manat idi. Bahalı brend idi".
Rəqqasə Fatimə Fətəliyevaya hədiyyə verən olmayıb:
"Özüm özümə etmişəm və edəcəyəm də".