SİYASƏT
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü
Türkiyənin müdafiə naziri Hulusi Akar 44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı qazilərlə görüşüb.
Türkiyə və Azərbaycanı kədər və sevinc içində birləşən iki qardaş kimi xarakterizə edən Akar, “Biz iki dövlət, bir millətik. Buna bütün qəlbimizlə inanırıq”, - deyə bəyan edib.
Azərbaycan ordusunun işğal altındakı Vətən torpaqlarını xilas etdiyini xatırladan Akar, əməliyyatın böyük uğurla həyata keçirildiyini bildirib.
O, həmçinin əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.
Azərbaycan qaziləri də öz növbəsində Türkiyə Silahlı Qüvvələrinə dəstək üçün minnətdarlıq ediblər