Azad Media Susdurula Bilməz!
Ukrayna Rusiya nümayəndə heyətlərinin görüşü başlayır - YENİLƏNİB
SİYASƏT

Ukrayna Rusiya nümayəndə heyətlərinin görüşü başlayır - YENİLƏNİB

 Bakugakt.az oxu.az saytına istinadən xəbər verir ki, Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar başlayır.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.

Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

13:02

Ukrayna nümayəndə heyəti Belarusla sərhəddə Rusiya ilə danışıqların keçiriləcəyi rayona gəlib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin sədri Andrey Kostin, deputat Rüstəm Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil olub.

Danışıqlarda əsas tələbin atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olduğu bildirilir.

IRON MAX AZERBAIAN