SİYASƏT
Ukraynaya humanitar yardım daşıyan təyyarə Azərbaycandan yola düşüb
Bakufakt.az oxu.az saytına istinadən xəbər verir ki, “Silk Way” aviaşirkətinin ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarəsi Azərbaycandan havaya qalxıb.
Bu barədə Caliber.Az eksklüziv məlumat əldə edib.
Təyyarə Ukraynaya humanitar yardım daşıyır.
Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.