Azad Media Susdurula Bilməz!
Qərbin Rusiyadan asılılığı və Putinin qeyri-adi TƏLƏBİ: Avropada çaşqınlıq yaranıb
SİYASƏT

Qərbin Rusiyadan asılılığı və Putinin qeyri-adi TƏLƏBİ: Avropada çaşqınlıq yaranıb

Qərbin Rusiya qazından asılılığı hələ bir neçə il davam edə bilər. Hətta 2027-ci ili göstərənlər də var. Rusiya da çətinliklərdən qurtulmaq üçün hər cür addımlar atmaqdadır. Avropada özünə müttəfiqlər axtarır, maliyyə ayırır, seçkilərə müdaxilə belə edir.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Ukraynada müharibəyə başlamaqla Rusiya ümid edirdi ki, beynəlxalq birliyin reaksiyası əvvəlki tək, yəni sərt bəyanatlar, müəyyən sanksiyaların təkrar tətbiqindən uzağa getməyəcək. Lakin Kremlin gözləntiləri özünü doğrultmadı. Qərb dünyası ən sərt formada reaksiya verməkdədir və artıq Avropa İttifaqı sayca altıncı sanksiya paketini tətbiq edib. Bu ilin ilk üç ayı ərzində Rusiyadan kapital axını 64 milyard dollara yüksəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm cəmi 17 milyard dollar idi. Növbəti hədəf də enerji daşıyıcılarının alışına qoyulan qadağa ola bilər. Düzdür, bu sahədə bir sıra problemlər olsa da, Qərb dünyası  alternativ yollar arayır.

Məsələ ondadır ki, Qərbin Rusiya qazından asılılığı hələ bir neçə il davam edə bilər. Hətta 2027-ci ili göstərənlər də var. Rusiya da yaşadığı çətinliklərdən qurtulmaq üçün hər cür addımlar atmaqdadır. Buna nail olacağı çətin görünsə də, ümidsizliyə qapılmır. Avropada özünə müttəfiqlər axtarır, maliyyə ayırır, seçkilərə müdaxilə belə edir. Məsələn, Kreml Rusiyaya qarşı sanksiyaların qəbulunda əvəzsiz rol oynayan Fransada hazırkı prezident Emmanuel Makronun məğlub olması üçün çalışsa da, istəyinə nail ola bilmir. Makronun əsas rəqibi Marin Le Penin qalib olması üçün əlindən gələni edib, milyonlar sərf edir. Burada ümidi ikinci tura qalsa da, digər Avropa ölkələri Macarıstan və Serbiyada uğur qazanmağa müvəffəq olub. Hər iki ölkədə qalib gələn lider Rusiya qazını rublla alacağını vəd edib. Bu iki faktdan da Rusiya maksimum dərəcədə yararlanmağa çalışır. Bütün rus mediası, hakimiyyətin siyasətini dəstəkləyən ekspertlər bu faktları öz təbliğatlarında istifadə edir, rus qazı olmadan Avropanın problemlərlə üzləşəcəyinə, parçalanacağına ümid edirlər.

IRON MAX AZERBAIAN