Azad Media Susdurula Bilməz!
Paşinyanın “Azərbaycanla Türkiyə bizi məhv edər” bağırtısı: Statusa son verən səbəblər – TƏHLİL
SİYASƏT

Paşinyanın “Azərbaycanla Türkiyə bizi məhv edər” bağırtısı: Statusa son verən səbəblər – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də parlamentdəki çıxışı onun ən azından nəzəri olaraq tamamilə ağıllandığını və reallıqları çətinliklə də olsa həzm etdiyini göstərir.

Nikol Paşinyanın çıxışı onun aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların bəzi detallarını göz önünə sərir.

Onsuz da 10 noyabr bəyanatından sonra Nikol Paşinyan gah nala, gah da mıxa vururdu, ara-sıra isə səsinin tonunu qaldıraraq Azərbaycanın dövlət maraqlarına yönələn nöqtələrə vurğu edirdi.

Lakin keçən müddətdə Azərbaycanın hərbi-siyasi aktivlik dərəcəsini artırması, diplomatik həmlələrini genişlətməsi, Ermənistanla sərhəddə həlledici və strateji mövqelərdə möhkəmlənməsi, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini dərinləşdirməsi, Rusiya və Qərblə münasibətlərdə əhəmiyyətli tarazlığını saxlaması Paşinyanı konkret konstruktiv mövqe sərgiləməyə məcbur etdi.

Azərbaycanın Rusiya və Qərb arasındakı intensiv təmasları və özünün qüdrətini Türkiyə amili ilə gücləndirməsi Ermənistana da müəyyən mesajlar ötürürdü.

Türkiyə amili Azərbaycanı təhdidlərdən sığortalayır və dünya gücləri Bakı-Ankara ikilisinin hərbi-siyasi gücünün qarşısına keçmək istəmirlər – nə birbaşa, nə də ki Ermənistan vasitəsilə.

Buna görə nə qədər vurnuxsalar da, Ermənistanın əlinə kart verməkdən çəkinirlər, verilən kartları isə Azərbaycan alaraq cırır və qalıqları onların qarşısına tökür.

Brüssel görüşü Paşinyanın mövqeyinin dəqiqləşdirilməsi baxımından önəmli idi, əgər o, sülhə doğru nəticə əsaslı cığırlarla getməsəydi, Ermənistan növbəti dəfə hərbi təzyiq altında qalacaqdı. Ermənistanın hakim dairələrindəki sönük revanşist təsəvvürləri isə 2021-ci ilin noyabr ayında dövlət sərhədində olan genişmiqyaslı toqquşmalar darmadağın etdi

IRON MAX AZERBAIAN