Azad Media Susdurula Bilməz!
Türkiyə Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək
SİYASƏT

Türkiyə Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək

“Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək”.

Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bəyan edib ki, Ankara Konvensiyaya uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını Rusiya və Ukraynanın hərbi gəmiləri üçün bağlayacaq.

Qeyd edək ki, Montrö Konvensiyasına 19-cu maddəsində deyilir ki, hərbi əməliyyatlar zamanı döyüşən tərəflər hərbi gəmilərini boğazlardan keçə bilməz (bir şərtlə ki, Türkiyə münaqişə tərəfi deyil).

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ankara buna ciddi əməl edəcək.

Mənbə: RİA Novosti

IRON MAX AZERBAIAN