SİYASƏT
Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 8-i Moskvaya rəsmi səfərə yollanacaq.
Bakufakt.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, səfər zamanı Ararat Mirzoyan və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında danışıqların keçirilməsi planlaşdırılır.