SİYASƏT
Fransa səfiri Azərbaycanla sərhədə gəldi
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla sərhədində olub.
Bu barədə Ermənistandakı Avropa İttifaqı missiyası məlumat yayıb.
"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirir.
Səfirə missiyanın işi barədə məlumat verilib: “O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın bəyanatında deyilir.
"Bakufakt.az"