SİYASƏT
Nazir: “İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq"
“Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri xüsusi önəm kəsb edir:
“Biz diplomatik münasibətlərimizin təsis edilməsinin 30 illiyini qeyd edirik. İtaliya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında həyata keçirilir”.