"Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” konfransın yekun qənaətləri dərc edildi
31 mart – 1 aprel 2022-ci il tarixlərində Azərbaycanda keçirilən “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın yekun qənaətləri dərc edilib.
Dərc edilən sənədin xülasəsində deyilir:
Aşağıdakı nəticələr və tövsiyələr Azərbaycanda 31 mart – 1 aprel 2022-ci il tarixlərində keçirilmiş “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları tərəfindən razılaşdırılmışdır. Konfransda 37 ölkənin nümayəndələri iştirak etmişlər. Konfransın proqramı və iştirakçıların siyahısı bu sənədə Qoşma bir və Qoşma iki kimi əlavə edilir.
Sənədin preambulası aşağıdakı formada təqdim edilib:
1. Tədbir iştirakçıları Azərbaycan Hökumətinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və BMT-nin İnkişaf Proqramına konfransın təşkil edilməsinə görə və bütün iştirakçılara əməkdaşlığa və dəstəyə görə səmimi minnətdarlığını bildirirlər.
2. Konfransın məqsədi minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq ictimaiyyət nümayəndələrini, minatəmizləmə təşkilatları, dövlət qurumları və vətəndaş cəmiyyətini təmsil edən əsas tərəfdaşları bir araya gətirərək minaların insan həyatına və əminamanlığa yaratdığını təhlükələrin qarşısını almaq üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək olmuşdur.
3. Konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün bərqərar olunmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində rolu və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində tutulmuşdur.
4. Zəngin mədəniyyətlər-arası və multidissiplinar bilik və təcrübə mübadiləsi mühitində keçirilmiş konfransda dünyada tətbiq edilən ən mütərəqqi texnologiyalarla bağlı qabaqcıl praktikalara, eləcə də intensiv minatəmizləmə fəaliyyətləri nəticəsində əldə olunan nəticələrə dair geniş müzakirə aparılmış, hazırda münaqişədən əziyyət çəkmiş bölgələrdə iri bərpa və quruculuq işləri aparan Azərbaycan üçün bu təcrübələrin olduqca dəyərli olduğu vurğulanmışdır.
Konfransın nəticələri və tövsiyələri maraqlı tərəfləri işbirliyini gücləndirməyə və daha geniş əməkdaşlıq naminə imkanları nəzərdən keçirməyə çağırır. Milli səviyyədə minatəmizləmə forumu kimi donor əlaqələndirmə mexanizmlərinin qurulması təklif edilir. Texniki səviyyədə başlıca çağırışları (Ərazinin minalardan azad edilməsini, İnformasiya idarəetməsini, Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni, Qurbanlara yardımı) əhatə etmək üçün sahəvi işçi qruplarının yaradılması tövsiyə olunur.
5. Konfransın sənədləri və müzakirələrin icmalı, müəyyən edilmiş problemlər və imkanlar və növbəti addımlara dair tövsiyələr toplu şəklində dərc edilərək, geniş auditoriyanın sözügedən sahənin inkişafı barədə məlumatlılığını təmin etmək və, ən əsası, humanitar minatəmizləmə proqramlarına davamlı yatırımların əhəmiyyətini anlamaq imkanını qazandıracaq