SİYASƏT
Fəzail İbrahimli seçkiyə gedirmi? - VİTSE-SPİKER DEYİR Kİ...
“Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabr- parlament seçkilərində iştirakla bağlı qərar verib. Artıq partiyanın namizədləri də müəyyənləşir. Kimin haradan namizəd olacağı isə sonda elan ediləcək”.
Bunu açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.
Bununla belə Fəzail İbrahimli özünün namizəd olub-olmayacağı barədə suala birmənalı cavab verməyib.
“Bir neçə gündən sonra VHP-nin bütün namizədlərinin adları cəmiyyətə açıqlanacaq. Önəmli olan partiyanın seçkiyə qatılmasıdır”.
Qeyd edək ki, bəzi məlumatlarda Fəzail İbrahimlinin də mandat almayacaq deputatların siyahısına düşdüyü deyilir.