SİYASƏT
Ərdoğan Zelenski ilə DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bakufakt.az Azmedia.az saytına istinadən bildirir ki,bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.
Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, ikitərəfli görüşlərdə
Türkiyə olaraq göstərdikləri səmərəli diplomatik səyləri qeyd edib.
Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib