SİYASƏT
Ədliyyə Nazirliyi keçmiş nazirin partiyasını QEYDƏ ALMADI
Ermənistanın Ədliyyə Nazirliyi keçmiş müdafiə naziri Arşak Karapetyanın yaratdığı Ümumerməni Cəbhəsi Partiyasını qeydiyyatdan keçirməkdən imtina edib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, “Partiyalar haqqında” qanuna əsasən, təsis qurultayında iştirak edənlərin əksəriyyəti (ən azı 300 səs) lehinə səs verərsə, belə bir strukturun yaradılması haqqında qərar etibarlı sayılır. Bu meyar ödənməyib.
Digər səbəb hüquqi şəxsin qeydiyyat ünvanı ilə bağlıdır. Hüquqi şəxsin ünvanı partiyanın baş katibi Hovhannes Şahinyanın evinin ünvanıdır. Həmçinin ərazi bölgüləri haqqında məlumat verilməyib.