SİYASƏT
Ərdoğan “Biz bunu Azərbaycanda da gördük
“Əgər biz NATO-da birlikdəyiksə, həmrəyliyimizi tam şəkildə nümayiş etdirməliyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Niderland Baş naziri Mark Rutte ilə təşkil edilən ortaq mətbuat konfransında bəyan edib.
“NATO ölkələri olaraq xüsusilə müdafiə sənayesi istiqamətində atılacaq addımlarda həmrəy olmalıyıq. Artıq dünyada heç bir ölkə müdafiə sənayesindəki məhsulları təkbaşına istehsal etmir. Necə ki, biz bunu Rusiya - Ukrayna müharibəsində də görürük. Biz bunu Liviya və Azərbaycanda da gördük. Bundan sonra kim bilir harda, nə görəcəyik?!
Ümid edirik ki, biz bunların olmadığı və sülhün hökm sürdüyü bir dünya quracağıq”, - deyə dövlət başçısı bildirib.
Mənbə: TRT